Quba soyqırımı – yeni faktlar

Bütün Dünya Türkləri və Dünayanın Mütərəqqi İnsanları görün və düşünün!!!Bu faciə heç də uzaq keçmişdə baş verməyib. Bu faciələrin tarixi keçən əsrin 18-20-ci illərinə aiddir. Və bunu erməni sialhlı birləşəmələri Qubada törətmişdirlər. Ermənilər o illərdə bütün Azərbaycanda bu cür faciələr törətdilər. Erməni quldurları 1918-20-ci illərdə qoca, uşaq, qız-gəlin fərqi qoymadan hər kəsi öldürdülər. Qubanın bütöv küçələrində qanlı faciələr törədərək, kəndlərdə, qəsəbələrdə kütləvi şəkildə Azərbaycan Türklərini qırdılar.

1918-20-ci illər!!! Bir tərəfdən andranikin rəhbərliyi ilə “daşnaksütyün” erməniləri Azərbaycan Türklərini qırırkən, digər tərəfdən isə şaumuyanın rəhbəliyi ilə “bolşevik” erməniləri, tarixi faktları ört-basdır etmək məqsədiylə kütləvi məzalıqlarda qətl edilmiş insanları vəhşicəsinə basdırırdırlar.
Ermənlilər haradan biləydilər ki, bu kütləvi məzarlıqlar bir zaman gələcək ki, törətdikləri Azərbaycan faciələrinin təkzib olunmaz faktına çevriləcək.

Bütün Azərbaycan, Sədərəkdən tutmuş Yalamaya, Astaradn tutmuş Qazağa qədər ermənilərin törətdikləri faktlarla doludur. Bilirisiniz niyə? Çünki onlar bütün Azrəbaycanda törətdikləri facilərdə heç bir sərhəd, mənəvi dəyər və tarixi məsuliyət hiss etmədilər. Bütün Azərbaycan torpağı ermənlərin kütləvi şəkildə qətl etdikləri Azərbaycan Türklərinin qanı ilə yoğrulub.

Sadəcə 1918-ci ilin 18-21-mart tarixləri arasına “bolşevik ermənilər” tərəfindən 30 min Azərbaycan Türkü qətlə yetirildi. Bu sadəcə “bolşevik ermənilər” tərəfindən və 2 illik zaman diliminin 3 günlük müddəıtində baş vermiş bir qətliamdır. Bu qətliam iki illik müddət ərzində demək olar ki, hər gün baş verirdi. Və “bolşevik ermənilərlə” yanaşı həm də “daşnaq ermənilər” tərəfindən!
Araşdırsaq nə qədər kütləvi qəbiristanlıqlar taplacaq Azərbaycanda. O kütləvi qəbiristanlıqlar ki, baş memarları məhz erməni quldurlarıdır.
Bir tərəfdə Xəzər Gölü, digər tərəfdə isə Azərbaycan boyda Qan gölü!

Bəlkə də Qanlı Gölün də adı bu facilərlə bağlıdır? Bununla işimiz yoxdur, bu tarixçilərin işidir!!!
Buyun baxın!! Bu bizim qan yaddaşımızdır! O yaddaş ki, onları ermənilər yazdı bizim tariximizə, Qanlı Əlləri ilə !

Unutmayın: Ermənilər Qubada 122 kəndi viran qoymuş, 10000-dən çox Azərbaycan Türkünü isə qətlə yetirmişlər!

Bir şərh yazın