1918-ci il 31 Mart soyqırımı

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, Ermənilər Mart qətliamından qabaq Ərzurum yaxınlarında-Taşılyaylada 3.000 türkü qətlə yetirmişlər. Erməni siyasi partiyaları güya “Böyük Azərbaycan” və ya “Böyük Müsəlman Dövləti” düşüncəsini el beçikdə boğmaq üçün təxminən 7.000 Erməni əskərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Oxumağa davam et

Advertisements