Andranikin qanlı əməlləri

 
14 noyabr 1918-ci ilin «Şeypur »jurnalında olduqca maraqlı bir sitat var: «Doğrudan da insaf çox yaxşı şeydir. Əgər insan onun yoxluğundan əziyyət çəkirsə, ondan heç bir xeyir gözləmə».Ən insafsız adamlardan biri də erməni ordusunun baş komandanı Andranikdir. O yenə Qarabağda peyda olub və Azərbaycan xalqının məhv edilməsi ilə məşğuldur. Erməni dövləti isə onun tötərdiyi haqsızlıqlara göz yumurdu. O elan etmişdir ki, Qafqazda Azərbaycanla Gürcüstana yer yoxdur. Qafqaz bütünlüklə Ermənistanın müstəmləkəsi altında olmalıdır və yaxud da Qafqazın bütün millətləri ermənilərə tabe olmalıdır. O çətin illər Azərbaycan Demokratik Respublikası Şuşada, Karyaqində (Füzulidə), Cavanşirdə, Zəngəzurda və Azərbaycanın digər bölgələrində baş verən hadisələrə nəzarət edə bilmirdi. Bu bölgələrdə yaşayan ermənilər lovğa-lovğa Azərbaycan hökumətini tanımaqdan imtina edirdilər və əhalinin müsəlman nümayəndələrinə çox pis münasibət göstərirdilər. Andranikin silahlı qüvvələrinin meydana gəlməsi burada vəziyyəti daha da gərginləşdirdi.
17 may 1919-cu ilin «Azərbaycan» qəzetində belə bir sitata rast gəlmək olar : «Ararat Respublikasının silahlı qüvvələri Yeni Bəyazid bölgəsinə və Göyçə rayonunun dinc əhalisinə qarşı hücuma keçdilər. Onların məqsədi Göyçə rayonunun bütün cənubunu və şərqini müsəlmanlardan təmizləmək idi.
Bu vaxt 22 kənd yandırılıb və 60000 insan öldürülüb. Erməni dövlətinin müsəlman vətəndaşları ilə belə rəftarı ağılasığılmazdır. Erməni hərbi qüvvələrinin əsgərələri və zabitləri girov düşmüş müsəlmanları ağılasığılmaz işgəncələrə düçar edirdilər; cavanları, qocaları, uşaqları, qadınları öldürürlər və onların var-dövlətini öz aralarında bölüşdürürlər».
Həmin qəzetdən daha bir sitat gətirək : «Erməni hərbi birləşmələri tərəfindən izlənilən əhali Gəncənin qarlı dağlarında gizlənirdi. Artıq Göyçə rayonunda müsəlman yoxdur. Yeni Bəyazid rayonunda 84 müsəlman kəndi dağıdılıb, onların 24-ü yerlə-yeksan olunub, minlərlə azərbaycanlı əhalisi öz var-dövlətini qoyub yerlərindən didərgin olublar. Onların var-dövləti ermənilərə qalıb: talan edilmiş mal-dövlət milyon və yaxud milyard rubllarla dəyərləndirilmişdir». Azərbaycanlıların kütləvi şəkildə qırılmasının təşkilatçısı Andarnik idi.
1918-ci il 4 iyulda Ərzurum yaxınlığında gedən döyüşlərdə türk qoşunları Sarıqamış-Qars-Aleksandropol istiqamətində geri çəkilən erməni könüllü dəstələrini ağır məğlubiyyətə uğratdılar. Bu Ermənistan daşnak hökumətini məcbur etdi ki, Batumidə Türkiyə ilə sülh müqaviləsi imzalasın. Bu isə Andarniki cin atına mindirdi. O, Türkiyə ilə müharibənin davam etdirilməsinə tərəfdar çıxaraq, ingilis generalı Denstervilin dəstələri ilə birləşmək üçün Urmiyaya keçməyə cəhd göstərmişdir. SSRİ-in xarici işlər üzrə komissarı Q.V.Çeçerinin sözlərinə görə türk qoşunları general Denstervildən öncə Urmiya və Təbrizi ələ keçirdiyindən Andranik planlarını pozmalı oldu. («Bakinskiy raboçiy», 14 may, 1924)
1918-ci ilin iyununda Andranik Culfadan Naxçıvana yol üstündə olan dinc türk əhalisini qıra-qıra yollanır. Təkcə Yayçı kəndində 2500 nəfər öldürülmüş və onların cəsədləri Araz çayına atılmışdır. (Rus Kommunist Partiyasının Zaqafqaziya Əyalət Komitəsinin məlumatı, №6-7, iyun-iyul 1919-cu il, Tiflis)
Öz qanlı aksiyalarında Andranik yerli ermənilərdən (yəni dinc əhalidən) olduqca məharətlə istifadə edirdi. Bütün əlində silah saxlamağa qadir olan cavanlar hərbi qüvvələrə çağırılırdı və dəhşətli cinayətləri törətmək istəməyənləri ağır, işgəncəli ölüm gözləyirdi.
1918-ci ilin sentyabırında Andranik Sisian rayonunun Qaraqışlaq kəndini tamamilə yandırmışdı, xoşbəxtlikdən sağ qalanlar öz həyatlarını qaçmaqla xilas etmişdilər. Digər bir Vaqudi adlanan kənddə 400 insan məscidin içərisinə doldurularaq diri-diri yandırılmışdılar. Xristianlığı qəbul etməkdən imtina edən kişiləri yandırmışdılar, qadınların döşlərini kəsmişdilər.
Düz yeddi kişi və qadın alovlanan tonqala çevrilmişlər. 1919-cu ilin 28 aprelində rayon hakimiyyəti yenə Gəncə qubernatoruna xəbər verir ki, «qaniçən general–quldur» Qarasaydan Araza qədər və Minkənddən, Bazarçaydan Naxçıvana qədər olan kəndlərdə vəhşicəsinə qətllər törətmişdir. (elə orada, səh.32)
Zəngəzur rayonunda Andranikin quldur dəstələri 115 yaşayış məntəqəsini talan edib yandırmışdı. Bu halda 3257 kişi, 2276 qadın, 2196 uşaq öldürülmüşdür; 1060 kişi, 794 qadın, 485 uşaq çoxsaylı bədən xəsarəti alaraq, müxtəlif dərəcəli əlillərə çevrilmişlər. Ümumiyyətlə, rayonda 10068 insan öldürülmüşdür. Tutulmuş ərazilərdən azərbaycanlıların qovulması Andranikin əsas məqsədi idi. O, həmin yerlərdə Türkiyədə axırıncı qiyamın yatırılmasından sonra qaçan ermənilərin məskunlaşmasını istəyirdi.
Artıq Antantanın Andranikə göstərdiyi dəstək bir sirr deyildi. Antanta ölkələri erməniləri Türkiyə ilə müharibədə özlərinin müttəfiqi hesab edirdilər. İngilis Hərbi Qafqaz Komandanlığı Andranikin Azərbaycanda törətdiyi vəhşiliklərdən xəbərdar idi. Ancaq sözlərdə «sülh və əminamanlaq» istəyən regionda ingilis-fransız missiyasınının nümayəndələri vəhşi daşnakların üstündə himayədarlığı boyunlarına götürmüşdülər.
Ancaq 1918-ci ilin sentyabrında bura göndərilmiş Qafqaz İslam Qüvvələri Andranikin quldurlarını Şuşadan və Zəngəzurdan qovmağa nail olublar. 1918-ci ilin noyabrında Mudros müqaviləsinin imzalanmasından sonra türk hərbi qüvvələri Azərbaycanı tərk etdilər və Andranik yenə də fəallaşdı. Təkcə Zəngəzurda 30 kənd yandırılmışdı.
Bəs yerli erməni əhalisi Andranik necə münasibət bəsləyirdi? Bu sualın cavabı «Naş putğ» qəzetinin 17 yanvar 1919-cu ildə çap olunmuş sayında oxumaq olar. Orada yazılmışdır: « «Ali himayədar» Andranik təkcə öz doğma yurdlarında qaçqın olmuş azərbaycanlıların qarğışlarına və ah-naləsinə deyil, eləcə də ermənilər Allaha yalvarırlar ki, bir vaxt gəlsin və elə bir erməni hökuməti peyda olsun ki, bu «cəsarətli generalı» tutduğu yerlərdən rədd etməyə nail olsun. Məktublarının birində Andranik özü boynuna alır ki, erməni əhalisi onun əsgərlərini olduqca soyuq, xoşagəlməz və hətta düşmən münasibəti ilə qarşılayır. O yazır: «…Biz Qarabağa girəndən çətin vaxtlar başlanıb. Hərbi qüvvələrdə nizam-intizam yoxdur, əsgərlər hirsli və yorğundurlar…»
Andranik Antanta ölkələrindən tamamilə asılı idi. Bu faktı Rusiyanın xarici işlər üzrə komissarı Çiçerinin sözləri təsdiqləyir: «Brest-Litov müqaviləsinin bağlanmasından sonra türk hərbi qüvvələri Batum, Qars, Ardaqan və s. şəhərlərinə hücum etdi. Ondan sonra general Nazarbəyov türklərə müqavimət göstərdi. O aradan çıxandan sonra mübarizəni Antantanın cəsusu Andranik davam etdirdi. O general Denstervilin hərbi-ekspedik dəstələri ilə birləşmək üçün Qafqazdan Urmiyaya (Cənubi Azərbaycan) keçmək istəyirdi. Lakin Türkiyənin hərbi qüvvələrinin Urmiyanı və Təbrizi Denstervildən tez tutduqlarına görə Andranik geriyə çəkilməyə məcbur olur». («Bakinskiy raboçiy», № 107, 14 may 1924)
İngilislərin Andranikə açıq dəstəyi 11 dekabr 1918-ci ildə məlum oldu. İngilis-fransız missiyası Azərbaycan müdafiəetmə qüvvələrinin öz mövqelərini tərk etmək və kəndlərinə qayıtmağını tələb edəndən sonra Andranik cumdu köməksiz kəndlərin üzərinə… Ermənilər nə uşağa, nə qadına, nə də qocaya rəhm edirdilər. 12 dekabrda kəndlərin bir çoxu yandırılmışdı. Talanlar və qətllər 1919-cu ilin əvvəllərinə qədər davam edirdi.
6 yanvar Gəncə qubernatorunun adına teleqram göndərilmişdi: «baxmayaraq ki, ingilis-fransız missiyasının nümayəndələri Gorusa gəlib, burada ermənilər böyük bir hücuma başlayıblar. Onlar adamları kütləvi şəkildə öldürürlər, əmlakları talan edirlər, kəndləri dağıdırlar. Zəngəzur rayonunun rəisi Mahmudbəyov Gəncənin qubernatoruna 26 yanvar 1919-cu ildə təlatümlü bir məktub yazır: «Mən öz səlahiyyətlərimə başlayan kimi bir məlumat aldım ki, Andranikin hərbi qüvvələrindən bir neçə yüz əsgər Kirataq, Baharlı, Kiş, Daşbaşlı kəndlərini əhatəyə almışlar. Mən dərhal bu məlumatı Gorusdakı və Şuşadakı ingilis missiyasının nümayəndələrinə, Azərbaycan Respublikasının parlamentinə və Daxili İşlər Nazirinə çatdırdım».
Şərurun müsəlman əhalisi Gəncə qubernatoruna müraciət edir: «Silahlanmış erməni qüvvələri Qəmərlidə, Sədərəkdə, Dəmirçilərdə və digər kəndlərdə qanlı qırğın törətdikdən sonra bizim yerlərə də üz tutublar. Şərurun qadınları və uşaqları qaçmaqla öz həyatlarını xilas edirlər. Bütün əhalinin adından sizdən xahiş edirik ki, böyük ölkələrə, xüsusən İngiltərəyə və Amerikaya müraciət edəsiniz. Onlar bu erməni vəhşiliklərinə son qoysunlar və nə qədər ki, tezdir, bizi amansız ölümdən qurtarsınlar».
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: