AzerigeNOcide bloqu Milli Net müsabiqəsinin nominantıdır.

Milli Net nominantlarının açıqlanması

AİF tərəfindən Milli Net 2009 – Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.

Müsabiqənin Təşkilat Komitəsinin üzvləri, AİF prezidenti Osman Gündüz və Vahid Qasımov Müsabiqənin gedişi və ilkin nəticələrlə bağlı media nümayəndələrinə məlumat veriblər.

Milli Net 2009-a start veriləndən bəri qeydiyyat prosesi başa çatanadək 1500 istifadəçinin millinet.az saytında qeydiyyatdan keçdiyi və 583 saytın Müsabiqəyə təqdim edildiyi bildirilib. Onlardan 367 saytın Müsabiqəyə qəbul edildiyi, 216 saytın isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmadığı qeyd edilib.

Müsabiqəyə buraxılmamağın əsas səbəblərinin bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması vurğulanıb. Təşkilat Komitəsi tərəfindən bu saytlara yazılan şərhlərdə imtinanın səbəblərinin qeyd edildiyi və sayt sahiblərinə bu haqda məlumat verildiyi bildirilib.
İnternet istifadəçilərinin münasibət bildirməsi üçün millinet.az da şərh yazmaq imkanı yaradıldığı və və indiyədək 2000 –dən çox şərh yazıldığı bildirilib. “Tez-tez verilən suallar” bölməsində yetərli izahedici məlumatlar yerləşdirildiyindən , müzakirələr aşkar formada şərhlər yazmaqla aparıldığından Təşkilat Komitəsinə Müsabiqənin gedişi ilə bağlı ciddi şikayətlərin və müraciətlərin daxil olmadığı qeyd edilib.

Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15
nəfərlik səsvermə komissiyası üzvündən 14 nəfəri 1-ci mərhələdə saytların qiymətləndirməsinin həyata keçirdiyi bildirilib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 11 Nominasiya üzrə ən yaxşılar olan 63 sayt Nominant statusu alıb.

Hazırda səsvermənin 2-ci mərhələsi başlayıb. Münsiflər heyəti 15 dekabr tarixədək Nominantlar arasından hər nominasiya üzrə qalib saytları müəyyən edəcəklər.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə Müsabiqənin əsas Mükafatının – tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat http://www.millinet.az saytında yerləşdirilib.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: