Khojali Genocide

The story of Asli Mammadova – the only survivor of Mammadova family in Khojali genocide committed by Armenian and Russian armed forces on 25–26 February 1992 during the Nagorno-Karabakh War.

Copyrighted by Public TV and Radio Broadcasting Company, Azerbaijan.

Advertisements

AzerigeNOcide bloqu Milli Net müsabiqəsinin nominantıdır.

Milli Net nominantlarının açıqlanması

AİF tərəfindən Milli Net 2009 – Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsinin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib.

Müsabiqənin Təşkilat Komitəsinin üzvləri, AİF prezidenti Osman Gündüz və Vahid Qasımov Müsabiqənin gedişi və ilkin nəticələrlə bağlı media nümayəndələrinə məlumat veriblər.

Milli Net 2009-a start veriləndən bəri qeydiyyat prosesi başa çatanadək 1500 istifadəçinin millinet.az saytında qeydiyyatdan keçdiyi və 583 saytın Müsabiqəyə təqdim edildiyi bildirilib. Onlardan 367 saytın Müsabiqəyə qəbul edildiyi, 216 saytın isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə müsabiqəyə buraxılmadığı qeyd edilib.

Oxumağa davam et

Artıq 15 il ötür

 

Artıq 15 il ötür  
Öz füsunkar gözəlliyi ilə yalnız İsveçrə ilə müqayisə olunan Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işgal olunmasından 15 il keçir. 10 mart 1993-cü ildən başlayaraq ermənilerin iki istiqamətdən  başladığı hücumlar nəticəsində 1988-ci ildən düşmən mühasirəsində mərdliklə dayanan, düşmən həmlələrinə layiqincə cavab verən Kəlbəcər 2 aprel 1993 – cü ilde süquta uğrayaraq düşmən pəncəsinə keçdi. Kəlbəcərin ərazisi 1936 km2 
Əhalisini sayı 55000.Şəhid olmuşdur 217. Əlil olmuşdur 49.Milli Qəhrəmanlar 2

Erməni işğalçıları tərəfindən dağıdılmış və yandırılmış:
Sənaye və tikinti obyekti 29
Mədəni – məişət obyekti 134
Qəsəbə və kənd 132
Tarixi abidə 87
Ərazisi – 1936 km2
Əhalisinin sayı – 53962
İnzibati mərkəzi – Kəlbəcər
Oxumağa davam et

Ermənilərin Persiyadan (İrandan) bizim vilayətlərə köçürülməsi haqqında məktub – A.S.Qriboyedov

A.S.Qriboyedov
Alihəzrətinizə ermənilərin Persiyadan köçürülməsi üçün tətbiq edilən üsullar haqqında və onların indi bizim vilayətlərdə yerləşdirilməsi barədə mənim vasitəmlə daha mötəbər məlumat almağınız lazımdır. Həmin predmet üzrə mənə məlum olan həqiqət budur: polkovnik Lazarev özünü bu mühaçirliyin əsas təşviqedicisi saymışdır, bu barədə, bizə məlum olduğu kimi, o, kifayət qədər aşkar, lakin əsassız öz fikrini izah etmişdir, ona görə ki, onun barədə ermənilərin heç bir anlayışı yox idi, onlar təkcə Rusiyaya etibar etməklə və onun qanunları altında olmaq arzusu ilə hərəkət edirdilər.

Oxumağa davam et

Andranikin qanlı əməlləri

 
14 noyabr 1918-ci ilin «Şeypur »jurnalında olduqca maraqlı bir sitat var: «Doğrudan da insaf çox yaxşı şeydir. Əgər insan onun yoxluğundan əziyyət çəkirsə, ondan heç bir xeyir gözləmə».Ən insafsız adamlardan biri də erməni ordusunun baş komandanı Andranikdir. O yenə Qarabağda peyda olub və Azərbaycan xalqının məhv edilməsi ilə məşğuldur. Erməni dövləti isə onun tötərdiyi haqsızlıqlara göz yumurdu. O elan etmişdir ki, Qafqazda Azərbaycanla Gürcüstana yer yoxdur. Qafqaz bütünlüklə Ermənistanın müstəmləkəsi altında olmalıdır və yaxud da Qafqazın bütün millətləri ermənilərə tabe olmalıdır. O çətin illər Azərbaycan Demokratik Respublikası Şuşada, Karyaqində (Füzulidə), Cavanşirdə, Zəngəzurda və Azərbaycanın digər bölgələrində baş verən hadisələrə nəzarət edə bilmirdi. Bu bölgələrdə yaşayan ermənilər lovğa-lovğa Azərbaycan hökumətini tanımaqdan imtina edirdilər və əhalinin müsəlman nümayəndələrinə çox pis münasibət göstərirdilər. Andranikin silahlı qüvvələrinin meydana gəlməsi burada vəziyyəti daha da gərginləşdirdi. Oxumağa davam et

1918-ci il 31 Mart soyqırımı

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Arxiv materialları göstərir ki, Ermənilər Mart qətliamından qabaq Ərzurum yaxınlarında-Taşılyaylada 3.000 türkü qətlə yetirmişlər. Erməni siyasi partiyaları güya “Böyük Azərbaycan” və ya “Böyük Müsəlman Dövləti” düşüncəsini el beçikdə boğmaq üçün təxminən 7.000 Erməni əskərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Oxumağa davam et

31 Mart

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciyəsinin davamı kimi onun torpaqlarının zəpti başlandı. Qısa bir müddətdə bu siyasəti gerçəkləşdirəcək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Oxumağa davam et