Azərbaycanlıların öz tarixi etnik torpaqlardan deportasiya olunmaları, etnik təmizləmə və soyqırıma məruz qalmaları haqqında qısa ARAYIŞ

Azərbaycan Cənubi Qafqazın və Ön Asiyanın ən qədim zəngin tarix və mədəniyyətinə malik bir ölkədir. Bu zəngin tarix iki milyon ildən çox bir dövrü əhatə edir. Bəşər tarixinin bütün mərhələləri Azərbaycan torpağında öz silinməz izini qoymuşdur. Qədim Azərbaycan tarixinin hər bir səhifəsi çox qiymətli hadisələrlə zəngindir. Bu zəngin tarixi irs isə ümumiləşdirilmiş şəkildə xalqımıza yalnız XX əsrin ikinci yarısında və XXI əsrin başlanğıcında çatdırılmışdır. Oxumağa davam et

Advertisements

Erməni terrorizmi

Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur. Oxumağa davam et

31 Mart – Azərbaycanlıların soyqırımı

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Oxumağa davam et

Ermənistan Respublikasının hərbi təcavüzü

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, 30 minə yaxın insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 15 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln m2-dən artıq olan 150 min yaşayış binası dağıdılmış,4366 sosial mədəni obyekt, eyni zamanda 695 tibb məntəqəsi məhv edilmişdir. İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi, su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Oxumağa davam et

Ermənistanın Azərbaycana qarşı təcavüzü

Ötən əsrin sonunda tarixi proseslərin gedişi nəticəsində yenidən müstəqillik əldə etmiş Azərbaycan Respublikası dünya birliyi ölkələri sırasına qoşulmuşdur. Dünya dövlətlərinin mövcud olduğu bu mühitdə tarixən hər kəsin öz maraqları, qarşılıqlı münasibətlərinin tənzimlənməsinin özünəməxsus qayda-qanunuları və istiqamətləri formalaşır. Beynəlxalq, dövlətlərarası münasibətlərin istiqamətləri də məhs bu mühitdə müəyyənləşir, bəşəriyyət bu variantlar əsasında idarə olunur.
Bu baxımdan suveren, müstəqil Azərbaycan Respublikasının xarici və daxili siyasətdə tutacağı xətt, öz müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarının təhlükəsizliyinə verəcəyi təminatdan onun beynəlxalq münasibətlər sistemində tutmağa çalışdığı mövqe birbaşa asıllıq təşkil edir. Lakin təəssüflə qeyd etməliyik ki, neçə yüzillər boyunca, daimi problem kimi Azərbaycanı izləyən qonşu Ermənistanın əsassız ərazi iddiaları müstəqillik əldə etdikdən sonra da dövlətimizin irəlliyə inkişafı yolunda mühüm maneə olaraq qalır. Nəticədə, dövlətimizin ərazi bütövlüyü pozulub, 20 faizdən artıq ərazimizdə dövlət suverenliyi itirilib, yüz minlərlə vətəndaşımız öz doğma yolundan didərgin düşüb. Oxumağa davam et

Soyqırım

XIX əsrin əvvəllərində çar Rusiyası (İran və Rusiya arasında Azərbaycan ərazilərinin bölüşdürülməsinə dair 1813-cü il Gülüstan və 1828-cü il Türkmənçay müqaviləsi imzalandıqdan sonra) qədim Azərbaycan torpaqlarında bufer zona yaratmaq məqsədi ilə «erməni dövləti» qurmaq planını həyata keçirməyə başlamışdır. Hələ 300 il əvvəl gələcək imperiyanın kon¬tur¬ları barədə düşünən rus imperatoru I Pyotr cənuba göndərdiyi qasidlərə tap¬şırmışdı: «onları (erməniləri) tovlayıb bizim torpaqlara gətirməyə çalışmaq lazımdır ki, Rusiyanın istinadgahı olsun».
Bu məqsədlə İran və Türkiyə əra¬zi¬sin¬də yaşayan 300 minə qədər erməni XIX əsrin birinci yarısında Azərbaycana köçü¬rül¬müş və İrəvan (indiki Yerevan), Dağlıq Qarabağ, Naxçıvan, Zəngəzur, Mehri, Dərəlyəz, Qafan, Ordubad, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdir. Oxumağa davam et

Azərbaycana qarşı törədilən soyqırımın tarixçəsi

I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən Ermənilər 1917-ci ildə baş verən fevral və oktyabr inqilablarından sonra öz istədiklərinə Bolşevizm bayrağı altında nail olmağa cəhd edirdilər. Bakı kommunası əksinqilabi elementlərlə mübarizə şuarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan Azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. Bu üç gün içində törədilən qətliamlar qabaqcadan düşünülmüş, ən incə nöqtələrinə qədər hesablanmışdı. Oxumağa davam et