Facts

ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI HƏYATA KEÇİRDİKLƏRİ REPRESSİYA, SOYQIRIMI VƏ DEPORTASİYALAR

1998-ci ildən e`tibarən Azərbaycan Respublikası martın 31-ni dövlət səviyyəsində azərbaycanlıların genosidi günü kimi qeyd edir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlırın kütləvi şəkildə qırılması, repressiyalara mə’ruz qalması XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı “Böyük Ermənistan” yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.

Tarixi arayış

İsveçlə Rusiya arasında 1721-ci ildə sülh müqaviləsinin imzalanmasından sonra Rusiya çarı I Pyotr öz imperiya ehtiraslarını Qafqaza, Xəzəryanı ərazilərə yönəltdi. Bu cəhdlərin sonu 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. Əsasən müsəlmanlardan ibarət olan yerli camaatın narazılığını və müqavimətini görən I Pyotr öz planlarını həyata keçirmək üçün, necə olur-olsun, Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini vacib sayırdı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasəti sonralar Rusiyanın digər çarları həyata keçirdi. 1768-ci ildə Ekaterina II ermənilərin himayə edilməsi barədə əmr imzalayır. 1802-ci ildə çar Aleksandr I H.D.Sisianova yolladığı məktubunda yazırdı: “Hə olur-olsun ermənilər Azərbaycanın … bu və ya digər xanlıqlarında istifadə olunmalıdır”. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər dövlətlərini yaratmaq məqsədinə çatmaq üçün Rusiyanın imperiya siyasətiniin həyata keçirilməsində alət rolunu oynadılar.

Kütləvi repressiyaların qanlı tarixi

Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Hikolay 21 mart 1828-ci ildə İrəvan və Haxçıvan xanlıqlarının ərazisində “Erməni əyaləti”nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də “Erməni əyaləti”nin tərkibinə daxil edilir.
Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Haxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Anoloji proses Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda da reallaşdırılıb. Belə ki, tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Haxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib.
XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla “Böyük Ermənistan” kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən xaricdə “Qnçaq” (1887, Cenevrə), “Daşnaksütyun” (1890, Tiflis) partiyaları, “Erməni vətənpərvərlər ittifaqı” (1895, Hyu-York) təşkilatı yaradılır. Butün bu cəhdlərə baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub.

***

1905-1907 illər. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Haxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılmasını həyata keçiriblər.
1905-1906 illər. İrəvan və Gəncə quberniyalarının 200 , Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Təəssüf ki, tarixi mənbələrdə o illərin hadisələrini özündə əks etdirən çox az sayda sənəd qorunub saxlanıb. Lakin bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin “Qanlı illər”, M.M.Həvvabın “1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi” kitablarında öz əksini tapıb. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanıb.
1918-1920-ci illər. Statistik mə`lumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin mə`lumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, “Türksüz Ermənistan” planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.
Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqialablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı komunnası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır.
O günlərdə ermənilər tərəfindən edilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli arxitektur xəzinələr, məktəblər, xəstəxanalar, məsçidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların genosidi xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Haxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış milli mədəniyyət abidələri məhf edilmişdir.

***

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhf edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində (“Aşxadavor” (“Əməkçi”) qəzeti, 231, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

***

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Hazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.Q.Gəncinskiyə yazdığı məktubda deyilir: “Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik”. Zaqafqaziyada 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan “Böyük Ermənistan” ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Haxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür.

***

1918-1920-ci illər. Kütləvi repressiyalar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə “sovetləşmə təhlükəsindən birgə müdafiə” mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər.
Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Hovruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndi aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hkimiyyətini qurmaq istəyindən irəli gəlirmiş.

***

Ermənilərin bolşeviklər qarşısında etdikləri xidmətlər çox keçmir ki, öz qiymətini alır. Sovet Azərbaycanının o zamankı rəhbəri Həriman Hərimanov Mokvanının təziqlərinə tab gətirməyərək 1920-ci il dekabrın 1-də “Zəngəzur və Haxçıvanın ümumi sahəsi 9 min kvadrat metr olan bir sıra ərzilərinin Sovet Ermənistanının tərkibinə verilməsi haqqında” deklorasiyaya imza atır.

***

Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metordlardan istifadə ediblər.

1948-53-cü illərin deportasiyası

Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metddodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri V.Molotova müraciət edirlər. Bu məsələdə İosif Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə küiləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur.
1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə bu cəhdlər öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir.

1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan, və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına tə`sir göstərəcəkdi. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Hazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı.
Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən… Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür.

***

1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə tə`min olnur. Ymumiyyətlə 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə tə`min olunmamaq da öz tə`sirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşır… Hətta belə şəraitdə “məngənə”də çsıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir.
Bax, bu da pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi… Bkununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmillətlərinin köçürülməsində maraqlı olmayıblar.
1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır (“Kommunist” qəzeti (Erevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb (“Qolos Armenii” qəzeti, 11 noyabr 1990).
Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi.

***

1953-cü ildə İosif Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə tə`min edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskirminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qıyıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır-azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə “start” verilir.
Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil sektorlarının ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kampaniyasının aparılması (xüsusilə 1965-ci ildə “erməni genosidi”nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.
Sovet İttifaqında gedən yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından-Erevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovokan, Qoris, Sisian, Amasi və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur-qadın və uşaqlar, yaşlılar, qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur- İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Hüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. “Türksüz Ermənistan” kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin rus ordu hissələrinin yardımı ilə həyata keçirdikləri Xocalı soyqırımı bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri idi. Azərbaycan hökuməti hazırda Xocalı soyqırımına görə beynəlxalq məhkəmə müraciət edilməsi üzrə iş aparır.
Ermənilərin separatçılığı, Azərbaycana ərazi iddiaları hələ də bitməyib. Onların növbəti hədəfi Haxçıvandır. Erməni şovinizmi öz ambisiyalarını sivilzasiyalı dünyanın gözü qarşısında açıq bəyan etməkdən çəkinmir. Xristian təəssübkeşliyini əsas göstrən Qərb dövlətləri ermənilərin terrorçu-işğalçı niyyətlərini hələ də pisləmkdə qərarlı görünmürlər. Hə qədər ki, vandalizmə, separatçılığa, millətçiliyə, terrorçuluğa siyasi-hüquqi qiymət verilməyib bəşəriyyətin gələcəyi daim təhlükə altındadır.

Siyasi-hüquqi qiymətləndirmə

Azərbaycan Demokratik Respublikası yarandıqdan dərhal sonra 1918-ci ilin mart hadisələrinə, azərbaycanlıların ermənilər trəfindən məhv edilməsi məsəlsinə diqqət yetirdi. 1918-ci il iyul ayının 15-də Hazirlər Soveti mart faciəsinin, İrəvan quberniyasında baş vermiş ağır cinayətlərin tədqiqi və öyrənilməsi üzrə komissiya yaradılması haqqında qərar qəbul etdi. Mart faciəsi və və igər erməni cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti mə’lumatlandırmaq məqsədilə ADR Xarici İşlər Hazirliyində xüsusi struktur yaradıldı. ADR 1919-1920-ci illərin 31 mart gününü ümumxalq hüzn günü kimi qeyd etdi. Lakin ADR torpaqlarımızın işğal edilməsi və azərbaycanlıların soyqırımına mə’ruz qalması məsələsinə hüquqi-siyasi qiymət verilməsi işini başa çatdırmadan süquta uğradı.

***

Bu məsələyə bir də Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra qayıtmaq mümkün oldu. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümündə Azərbaycan prezidenti Heydər Əliyev imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk siyasi qiymət oldu. 1998-ci il 26 mart tarixli bu sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir. 31 mart yenə Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir və dünya ictimaiyyətinin diqqətini xalqımızın başına gətirilən qanlı faciələrə cəlb edir.

Advertisements
%d bloqqer bunu bəyənir: