Andranikin qanlı əməlləri

 
14 noyabr 1918-ci ilin «Şeypur »jurnalında olduqca maraqlı bir sitat var: «Doğrudan da insaf çox yaxşı şeydir. Əgər insan onun yoxluğundan əziyyət çəkirsə, ondan heç bir xeyir gözləmə».Ən insafsız adamlardan biri də erməni ordusunun baş komandanı Andranikdir. O yenə Qarabağda peyda olub və Azərbaycan xalqının məhv edilməsi ilə məşğuldur. Erməni dövləti isə onun tötərdiyi haqsızlıqlara göz yumurdu. O elan etmişdir ki, Qafqazda Azərbaycanla Gürcüstana yer yoxdur. Qafqaz bütünlüklə Ermənistanın müstəmləkəsi altında olmalıdır və yaxud da Qafqazın bütün millətləri ermənilərə tabe olmalıdır. O çətin illər Azərbaycan Demokratik Respublikası Şuşada, Karyaqində (Füzulidə), Cavanşirdə, Zəngəzurda və Azərbaycanın digər bölgələrində baş verən hadisələrə nəzarət edə bilmirdi. Bu bölgələrdə yaşayan ermənilər lovğa-lovğa Azərbaycan hökumətini tanımaqdan imtina edirdilər və əhalinin müsəlman nümayəndələrinə çox pis münasibət göstərirdilər. Andranikin silahlı qüvvələrinin meydana gəlməsi burada vəziyyəti daha da gərginləşdirdi. Oxumağa davam et
Advertisements